+
-
19.07.2013
19.07.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məluatı

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev iyul ayının 18-də Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbul zamanı 57 vətəndaşın Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, pensiyaların düzgün hesablanması, müharibə veteranı vəsiqəsi ilə təmin olunmaq və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumların rəhbərlərinin iştirakı ilə araşdırılmış və əksər məsələlər yerindəcə həllini  tapmışdır. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxılmasının təşkili üçün nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq etmişlər.

 

 

                                                 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

f tw