+
-
16.04.2019
16.04.2019, 09:00-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması, ölkəmizdə qanunçuluğun və hüquq sisteminin inkişafı istiqamətində əldə olunan nailiyyətlərin təbliği ilə bağlı mütəmadi olaraq  tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində 15 aprel 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsində Hərbi Məhkəmə orqanlarının rəhbər heyətinin şəxsi heyətlə görüşü keçirilmişdir. 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şirvan Appelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının sədri Rauf Cəfərovun və Cəlilabad Hərbi Məhkəməsinin sədri Vüqar Əhmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamızda əmin-amanlığın, ictimai-siyasi sabitliyin əldə olunmasından, qanunçuluğun və hüquq sisteminin inkişafı istiqamətində görülən işlərdən və Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini mühafizə etməyə qadir olan bir quruma çevrilməsi barədə qürur hissi ilə danışılmışdır.

Tədbirdə cinayət hadisələrinin qarşısının alınması, hüquq qaydalarının və hərbi intizamın möhkəmlən­di­rilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması nəticəsində hansı ağır nəticələrə səbəb olması, onların aradan qaldırılması üzrə profilaktik işin aparılması istiqamətində hərbi qulluqçulara müvafiq tövsiyələr verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. 

          

 

                                                  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw