19.03.2019, 10:49-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində xidməti-döyüş fəaliyyətinin təşkili Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinə həvalə edildikdən sonra bu əra­zilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastruk­turunun yaradılması tədbirləri surətlə davam etdirir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tiki­lərək istifadəyə verilir.

Mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəs­təsinin yeni hərbi his­səsi xidməti istifadəyə verilmişdir.  

Tədbirdən əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, qızıl gül dəstələri düzmüş, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olan Dahi Öndərə dərin hörmət və ehtiramlarını ifadə etmişlər.

Hərbi hissənin açılışı münasibətilə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd­çi­sinin döv­­lət­­çiliyimizin və sərhəd­lərimizin keşi­yində ayıq-sayıq dayandığını, Dövlət Sər­həd Xidmətinin bütün şəxsi heyəti üçün cənab Ali Baş Ko­man­danın tapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliy­yət­ olduğunu bildi­rmiş, Azərbaycan Res­pub­likasının Prezidenti Silahlı, Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayə­sində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yara­dıl­ma­sını qeyd etmişdir.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən ke­çən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilmə­sinin başlanğıcı olması xüsusi vurğulan­mış, Azərbay­can sərhədçisinin Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazır olması bildirilmişdir.

Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başcısı Rəcəb Ba­başov sər­həd­çiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzula­mış­dır. 

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltiflən­dirilmişdir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilmişdir. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dıl­mışdır. Yeni hərbi hissədə qərargah və ida­rəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb mən­təqəsi, tex­niki təyinatlı bina­lar, döyüş texnikası parkı inşa olunmuş, 150 metr də­rinlikdə artezian quyusu qazılmışdır.

Həmçinin yerli əhaliyə köməklik məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.  

Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun, tanınmış mü­ğən­­­nilərin ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən bö­yük rəğbətlə qarşılanmışdır.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziy­yəti ilə tanış olmuş, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik et­mişlər.

 

 

                                                   Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80