+
-
23.02.2019
23.02.2019, 11:56- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınmışdır. Belə ki:

20 fevral tarixində, saat 20:38 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cə­lila­bad rayonunun Zəhmətabad kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət etmiş və İran İslam Respub­likasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus izlər aşkarlamışdır.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin və Döv­lət Təhlükəsizliyi Xidmətinin Cəlilabad rayon şöbələrinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini 1970-ci il təvəllüdlü Mahmudov Tehranxan Nəhmət oğlu şüb­həli şəxs qismində saxlanılmışdır. Aparılan təhqiqat-araşdırma tədbirləri nəticəsində dövlət sərhədini pozan şəxsin Cəlilabad rayonunun Uzuntəpə kənd sakini 1976-cı il təvəllüdlü Yaqubov Qasım İskəndər oğlu olması müəyyənləşdirilmişdir. Araşdırma zamanı Q.Yaqubovun 18.02.2019-cu il ta­rixdə “Biləsuvar” SNM-dən rəsmi qaydada Azərbaycandan İrana getməsi, 20.02.2019-cu il tarixdə, saat 20:38 radələrində isə dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməsi və özü ilə külli miqdarda narkotik vasitəni gətirməsi məlum olmuşdur. Q.Yaqubovun axtarışı təşkil edilmiş və nəticədə o, 21 fevral 2019-cu il ta­rixdə Cəlilabad rayonunun Uzuntəpə kəndində saxlanılmışdır.

Saxlanılan şəxsin iştirakı ilə Cəlilabad rayonunun Kövüzbulaq kəndi əra­zisində yerləşən yaşayış olmayan həyətyanı sahədə gizlədilmiş ümumi çə­kisi 6 kq 365 qr olan (4 kq 440 qr heroin, 1 kq 925 qr həşiş) narkotik vasitə və 1 ədəd gecəgörmə cihazı aşkar olunaraq götürülmüşdür.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ilə birgə əməliy­yat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi Cəlilabad ra­yon sakini 1972-ci il təvəllüdlü Hümbətov Nəsib Həmdulla oğlu müəyyən­ləş­­dirilərək saxlanılmışdır. 

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

 

f tw