22.02.2019, 13:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

22 fevral 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasi­mi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildik­dən sonra mərasim açıq elan edilmişdir.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyə­ti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­­liyev Vətənin, dövlətin mənafeyi nami­nə qa­nın­dan və canından keç­­­­­mə­yə həmişə hazır olan, bunu xidməti-döyüş fəaliyyəti ilə dəfə­lər­lə nü­­mayiş etdirən Azərbaycan sərhədçisinin Hey­dər Əli­yev dövlətçi­li­yinə hər zaman sadiq olmasını, Azərbaycan Res­public­kasının Pre­zidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən döv­lət sərhədlərinin mühafizəsi mə­sə­lə­lərinə böyük önəm verilməsi, ali diq­qət və qayğı göstərilməsi sa­yə­sində öl­kəmizin sərhəd mühafizəsi­nin ən müasir tələblər səviy­yə­sinə qal­dı­rıl­masını xüsusi qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ermənistan ilə dövlət sər­­­­­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrinin hər bir Azərbaycan sərhədçisinə etibar və etimadın növbəti ifadəsi olması, şəxsi heyətə böyük qürur hiss­ləri ya­şatması qeyd olunmuş, yaxın müd­dətdə sərhəd döyüş məntəqə­lə­rində yüksək stan­dartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işlərinin tam yekunlaşdırı­lacağı bildirilmişdir.

Hazırda dövlət sərhədində, sər­həd döyüş səngərlərində, ağır iq­lim və relyef şəritində xidməti vəzi­fələrini böyük şücaət və əzmkar­lıq­­­la yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqətinin, döyüş ru­hunun, vətənpərvərliyinin, düşmənə nifrətinin həd­siz və hüdud­suz olması xüsusi vurğulanmışdır.

2016-cı ilin aprelində əks-hücum əməliyyatı za­ma­nı düşmənin müdafiə xət­tinin, döyüş mövqelərinin, disloka­si­ya yer­lərinin, ko­man­da-da­yaq mən­­­təqələrinin, qərargahlarının dar­ma­­dağın edil­mə­sinə,  düş­mən üzərində qələbənin əldə olun­masına Azər­baycan sərhəd­çisinin ciddi töhfə verməsi qeyd olun­muşdur.   

   Ən yaxın müddətdə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altın­da işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edi­lə­cəyinə, düş­mən üzə­rin­də son qələbənin əldə olunmasında Azərbaycan sər­həd­çisinin də bö­yük şərəflə iştirak edəcəyinə və azad ediləcək dövlət sər­həd­lərində dövlət bayrağımızın dalğalanacağına əminlik ifadə olunmuşdur.

Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərə gə­ləcək xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələrə nail olmaları arzulan­mışdır (Dövlət Sərhəd Xidməti rəisinin çıxışının mətni əlavə olunur).

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək Vətən sərhədləri­nin keşiyində ayıq-sayıq dayanmaları barədə məsləhət və nəsihətlərini çatdır­mış­lar.

Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr gös­tərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunmuş­dur.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən ke­çidi ilə başa çatmışdır.

Andiçmədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə gö­rüşmüş, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, lə­yaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi his­sələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirmiş, oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri mü­na­sibətilə hər bir valideyni təbrik etmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

 

 

 

 

 

 

 

 

Gənc əsgərlərin andiçmə mərasimində

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin

ÇIXIŞI

 

Cənab generallar, zabitlər,

gizirlər, çavuşlar və əsgərlər!

Əziz sərhədçilər!

 

Hər birinizi təntənəli mərasimdə salamlayır, Azərbaycan Res­publikasının dövlət sərhədinin mühafizəsi kimi müqəddəs vəzi­fənin icrasına başlayan və bu gün komandirləri, valideynləri qarşı­sında əs­gəri şərəf andını verən hər bir sərhədçimizi bu əla­mət­dar gün mü­nasibətilə təbrik edirəm! 

Heydər Əliyev dühasından doğan, vətənpərvərlik və sadiqlik, igid­lik və fədakarlıq məktəbi olan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti sıralarına xoş gəlmisiniz deyirəm, əziz övladlar!

Bütün həyatınız boyu böyük iftixar hissləri ilə xatır­laya­cağınız bu məqamda Sizlərlə birgə olmağımla fəxr edirəm!

Əziz sərhədçilər!

2019-cu ilin avqust ayında 100-cü ildönümünü böyük təntənə ilə qeyd edəcəyimiz Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti şanlı keç­mişi, rəşadətli bu günü ilə qürurludur və sabahına inamla baxır!

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin və müdafiəsinin tə­min edilməsi sahəsində əldə olunan bütün uğur və nailiyyətlər, döv­lət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun yara­dıl­ma­sı, sərhədçilər üçün lazımi xidməti və məişət şəraitinin təmin edil­məsi Azər­­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­da­nı cənab İlham Əliyevin ali dəstəyinin, sərhəd təhlü­kəsizliyi məsə­lə­lərinə xüsusi qayğısının nəticəsidir. Hər bir hərbi qulluqçu­muzun hiss etdiyi bu ali münasibət bizim üçün həm böyük şərəf, həm də daha böyük məsuliyyətdir.

Qəlbində vətənpərvərlik və Ali Baş Ko­mandana sadiqlik hiss­lərini daima yaşadan Azərbaycan sər­həd­çisi hər zaman Azərbay­can Res­publikasının Prezidenti Silahlı Qüv­­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi al­tın­da Vətəni Azərbaycana xidməti ilə qürurludur.

 Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunmuş, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur. Qısa müddət ərzin­də Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sa­hil Mü­hafizəsinin, Sərhəd Nəzarətinin forma­laş­dırılması və nü­mu­­nəvi hərbi birləşmə səviy­yə­sinə yüksəl­dil­məsi əldə olunmuş ən ciddi nailiyyətlərdəndir.

2016-cı ilin aprelində əks-hücum əməliyyatı za­ma­nı düşmənin müdafiə xət­tinin, döyüş mövqelərinin, disloka­si­ya yer­lərinin, ko­man­da-da­yaq mən­­­təqələrinin, qərargahlarının dar­ma­­dağın edil­mə­si za­manı ke­çi­ril­miş uğurlu əməliyyatlar düşməni döyüş əməliyyat­la­rını da­yan­dır­masına məcbur etdi və bu qələbənin əldə olun­masına Azər­baycan sərhədçisi öz ciddi töhfəsini verdi.   

Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qa­zax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xət­tində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təh­vil alın­ması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata ke­çi­rilməsi əm­rini almağımız hər birimizə qürur hiss­ləri yaşatmış, Azər­­baycan Res­publikasının Prezi­denti Si­lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azər­bay­can sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olmuşdur.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam müha­fizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviy­yədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olun­muşdur, yaxın müddətdə sərhəd döyüş məntə­qələrində yüksək stan­dartlara cavab verən xidməti və məişət şərai­tinin təmin edilməsi işləri tam yekunlaşdırılacaqdır.

Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzm­karlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdud­suzdur!

Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altın­da işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edi­lə­cəkdir!

 Əminəm ki, düş­mən üzə­rində son qələbənin əldə olunmasın­da Azərbaycan sər­həd­çisi şərəflə iştirak edəcək, döyüş tapşırıqla­rını uğurla, qalibiyyətlə icra edəcəkdir! 

Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başla­maqla çiyinlərimizdə “Zəfərə doğru” daşıdığımız müzəffər bayra­ğımızı Xan­kəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubad­lıda, Ağ­damda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, döv­lət sərhədlə­rimizin bütövlüyünü təmin edəcəyik!   

Çünki hədəfimiz dövlət sərhədində dövləti maraqların müda­fiə­sidir!

Çünki amalımız – dövlət sərhədlərimizin toxunulmazlığıdır!

Çünki Azərbaycan sərhədçisi Böyük Öndər Hey­dər Əli­yev dü­hasına sədaqətin müsəlləh əsgəridir!

Əsas məqsədimiz – dövlətçiliyimizin daha güclü, daha qüdrətli ol­masına, döv­lətimizin dünyanın ən təhlükəsiz ölkələrindən olma­sına öz sərhədçi töhfəmizi verməkdir! 

Əziz valideynlər!

Övladınızın sərhədçi əsgər andını qəbul etməsi münasibətilə Sizi təbrik edir, Vətənimizə layiqli oğul, dövlətimizə ləyaqətli vətəndaş yetişdirdiyinizə görə hər birinizə dərin minnətdarlığımızı bildirirəm! 

Əziz sərhədçilər!

Bir daha bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edir, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında gələcək xidməti-döyüş fəaliyyətinizdə uğur və müvəffəqiyətlər ar­zu­layaraq deyirəm:

YAŞASIN AZƏRBAYCAN,

YAŞASIN ALİ BAŞ KOMANDAN!  

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80