19.02.2019, 11:12-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 18-də Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yaradılmasının 14-cu ildönümləri münasibətilə tədbir keçiril­miş­dir. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak etmişdir.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə məruzə ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev dənizçi sərhədçilərin Xəzər dənizində dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və DSX-nin Sahil Müha­fizə­sinin yaradılmasının 14-cü ildönümünü xoş ovqat hissi ilə, yüksək əhval-ru­hiy­yə, xidmətdə qazanılmış uğur­larla qarşıladığını qeyd etmişdir. Məruzəçi Döv­lət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ər­zində dəniz sərhədlərimizin mühafizəsi sahəsində əldə etdiyi yüksək nailiy­yətlər­ haq­qında ətraflı məruzə etmişdir.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək Azərbaycan Respubli­kasının Prezi­den­ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması və 2008-ci ilin noyabr ayının 8-də Ali Baş Koman­dan tərəfindən regionumuzda bənzəri olmayan yeni bazanın istifadəyə verilməsi ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin yeni mərhələyə qaldırıldığını bildirmişdir.

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyən­ləş­dirdiyi milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təs­diq olunmuş «Azərbaycan Respub­likasının dəniz təhlükəsizliyi strategi­ya­sı»nın icrası üzrə yaradılmış DSX Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”ndə inşa edilmiş 12 ədəd “Tufan” və “Şah­dağ” tipli sərhəd gö­zət­çi gəmilərinə baxış məqsədilə 8 dəfə DSX-nin Sahil Mühafizəsinin ba­za­sın­da olması dəniz sərhədlərinin mühafizəsi məsələ­lərinə ve­rilən xü­su­si önəmin, bu sahəyə göstərilən ali diqqətin konkret tə­za­hür­­ləri olması qeyd edilmiş, bu gəmilərin döyüş sıralarına qatılması sayə­sində sər­həd sularında dövlət maraqlarımızın qorunması imkanlarının xeyli genişlən­məsi, dəniz sərhədlərimizin etibarlı mühafizəsinin təşkilində yüksək nəticələrin əldə olunması xüsusi vurğulanmışdır.

2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplan­tısında mühüm əhəmiyyət kəsb edən «Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya» nın imzalanması dəniz sər­həd­lərimizin mühafizi­əsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olun­masına şərait yaratmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Heydər Əliyev ideyalarına sədaqətin əsgərləri olan Azərbaycan sərhədçilərinin Azər­bay­can Sərhəd Mühafizəsinin 100-cü ildönümünü xidməti-döyüş fəaliyyətlərində qazanılmış yüksək nailiyyətlərlə qar­şı­la­yacağına, Azər­bay­can Res­pub­­li­kasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əli­yevin etimadını yeni nailiyyətlərlə doğruldacaq­larına əminliyini bildirmişdir.  

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu  təltifləndirilmişdir.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri­nin və incəsənət ustalarının hazırladığı maraqlı konsert proqramına tamaşa etmişlər.

                      

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80