+
-
01.02.2019
01.02.2019, 12:35 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində son günlərdə narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınmışdır. Belə ki:

2019-cu il 15 yanvar tarixində, saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntə­qəsi tərəfindən Lənkəran rayonunun Qamışovka və Siyavar kənd­ləri istiqamətində sahildən 12.7 mil aralı naməlum üzmə vasitəsinin Azərbaycan Respub­likasının dəniz  sektoruna daxil olması müşahidə edilmişdir. Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi hədəfi izləyərkən o, sürətlə cənub istiqamətinə doğru hərəkət  edərək, ərazi sularımızı tərk etmişdir. Na­məlum üzmə vasitəsinin hərəkət koordinatlarına baxış zamanı dənizdə buya bərkidilmiş 1 ədəd bağlama içərisində tünd qara rəngli bərk halda çəkisi 995 qram olan narkotik vasitə “tiryək” aşkarlanaraq götürülmüşdür.

2019-cu il  17-20 yanvar  tarixlərində, saat 20:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsinin müqabilində İran İslam Respublikasında atışma səsləri eşildiyi üçün sərhəd zastavası “silaha” komandasına qaldırılaraq həmin sahə istiqa­mətində hərəkət etmişdir. Qeyd olunan ərazi dərhal qapadılaraq ətrafda axtarış tədbirləri keçirilmiş və nəticədə 2 ədəd rəngli çantanın içərisində 6 kq 100 “heroin”, 1 kq 800 qr “meta­mfetamin”,  200 qr “tiryək” və  qayalıqların arasında gizlədilmiş halda 2 ədəd bağlama içərisində 14 kq 850 qram “tiryək” və 6708 ədəd “metadon-40” həbi aşkar edilərək götürülmüşdür.

2019-cu il 20 yanvar tarixində “Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR vətəndaşı 1983-cü il təvəllüdlü Bani Bayrami Maghsood Rezaghilinin üzərinə baxış keçiri­lərkən daxili orqanlarından 71 qram “metamfetamin” və 137 qram narkotik maddə olan “heroin” aşkar olunmuşdur. Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 2019-cu il 21 yan­var tarixində Azərbaycan Respublikasının vətən­daşları Masallı rayon sakinləri 1969-cu il təvəllüdlü Hüseynov Mikayıl Mürvət oğlu və 1972-ci təvəllüdlü Əliyev Eldar Şakir oğlu saxlanılmışlar.

2019-cu il  23 yanvar tarixində, saat 00:53 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədini pozaraq İrandan Azərbaycana keçmiş Beyləqan rayon sakini əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Qəhrəmanov Elməddin Seyfəddin oğlu sərhəd pozucusu qismində saxlanılmışdır. Sərhəd pozucusunun üzərinə  baxış keçirilərkən 1 ədəd selofana bükülmüş halda 1080 qram “kokos” tərkibli narkotik maddə, 5 qram “marixuana” və 1 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw