+
-
24.01.2019
24.01.2019, 09:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2019-cu il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilmiş S-206 nömrəli  "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilmiş və xidməti-döyüş fəaliyyətinə baş­lamışdır.

Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­silatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xid­məti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Res­pub­­likasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.  

 

  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw