Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.
Yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulmuşdur.
06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəymiş və kabinasının sağ şüşəsini sındırmışdır.
Hadisə nəticəsində xəsarət alan olmamışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi