22.11.2018, 12:35-Milli atçılıq mədəniyyətimizin London təntənəsi

Cari ilin dekabr ayının 17-23 tarixlərində Böyük Britaniyanın paytaxtında ənənəvi olaraq təşkil edilən və 111 illik tarixə malik “Olim­piya London Beynəlxalq Atçılıq Şousu”nda Azərbaycan təmsil­çilərinin valehedici çıxışları tamaşaçıları riqqətə gətirmiş, ingilis at sevərlərinin qəlbində Azərbaycanın Qarabağ atlarının coşqusunu alovlan­dır­mış­dır.    

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyev tə­rə­findən 2018-ci ilin avqust ayında “Əməkdar bədən tərbiyəsi və id­man xadimi” fəxri adına layiq görülmüş Azər Həmzəyevin rəhbərlik etdiyi Dövlət Sərhəd Xidmətinin süvarilər dəs­­­­tə­sinin Qarabağ atları üzərində və əzəmətli musiqimizin sədaları altında Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının möhtəşəm çıxışları “BBS red button” telekanalında canlı nümayiş etdirilmiş, atçılıq gündəminin, o cümlədən atçılıq hə­vəs­karı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının əsas möv­zusuna çevrilmişdir.

Londondakı tədbirin rəsmi internet səhifəsi olan “www.olimpia­­hor­seshow.com” saytında Azərbaycan atçılarının “Odlar Yurdu Azər­baycan və Qarabağ atları” adlı şou-proq­ramının izləyicilərin qəlb­lərini fəth edəcək çıxışlar kimi təqdim olunması təkcə tədbir təşkilatçı­larının deyil, bütün Britaniya at sevərlərinin füsünkar Qarabağ atlarına olan hey­ran­lığının və məftunluğunun növbəti ifadəsi olmuşdur.          

Odlar Yurdunun mədəni dəyərlərinin car­çısı olmaqla, qərb sivilizasiyasının beşiyi olan London şəhərində şərq dünyasının qədim­liyini və özünəməxsus gözəlliyini tərənnüm edən Qa­rabağ atlarının Böyük Brita­niya atçılığının ən mötəbər tədbirində möhtəşəm şou-proqramın əsas hissəsi kimi təqdim edilməsi milli at cinslərimizin dün­ya miqyasında daha da məşhurlaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən məq­sədyönlü tədbir­lərin məntiqi nəticəsi olmuşdur.              

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin xüsusi diqqət və qayğısı sayəsində milli atçılığımızın inkişafında  önəmli nəticələrin əldə olunması, o cümlədən yeni atçılıq za­vod­larının fəaliyyətə başlaması, atçılıq idma­nı üzrə Azərbaycan təm­sil­çilərinin mühüm qə­lə­bə­lərə imza atmaları, təkcə 2018-ci ildə polo üzrə yüksək səviy­yəli 2 beynəlxalq turnirin mükafatçıları sıralarında yer tutmaları, Çöv­kən kimi milli atçılıq oyunlarımızın inkişaf etdirilməsi, Böyük Bri­taniya taxt-tacı­nın sahibi II Elizabetin doğum günü şərəfinə təşkil olu­nan at­çılıq tədbirlərində Qarabağ atlarının artıq ənənə halını almış çı­xış­ları, 2018-ci ilin may ayında keçirilmiş bu cür sonuncu təd­birdə Bö­yük Bri­ta­niya Kraliçasının məhz Qarabağ atlarının çıxışını izləmək üçün bir neçə dəfə tədbirə təşrif buyurması milli at cins­lə­rimizin tanı­dılması üzrə həyata keçirilən fəaliyyətin uğurlu nəticəsi ol­maqla ya­naşı, həm də Qarabağın Azərbay­canın əzəli və ayrılmaz hissəsi ol­ma­sının düşüncələrə həkk edilməsi üçün ciddi əhəmiyyət kəsb edir.    

Böyük Britaniya kral ailəsi üzvlərinin mütləq iştirakı ilə keçirilən “Olim­piya London Beynəlxalq Atçılıq Şousu”nda 21 dekabrda 7 min­dən çox tamaşaçının günün birinci və ikinci yarısında 2 dəfə iz­lə­diyi “Od­lar Yurdu Azər­baycan və Qarabağ atları” adlı şou-proq­ram Bö­yük Britaniya aristokratiyasının və məşhurlarının da böyük mara­ğı­na sə­bəb olmuş, keçirdikləri müsbət hisslərə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıqlarını bildirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80