+
-
14.12.2018
14.12.2018, 14:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

14 dekabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­mişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış etmiş, silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirmiş, 2019-cu ildə Dövlət Sərhəd Xid­məti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd etmişdir.

Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olmuşdur. 

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin aprel ayının 30-da DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 5-ci “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 1 gəminin təmə­lini qoyması, dəniz sərhəd­lərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşı­rıqlar verməsi, may ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının 13-cü sərhəd zastavasında sərhəd­çilərlə görüşməsi, Dövlət Sərhəd Xidmətinin fəaliy­yətini tənzimləyən normativ-hüquqi aktlarının təkmilləşdirilməsi, sərhədçi­lərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması barədə qərarlar verməsi, DSX əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, 3 orden, 41 medal, 8 fəxri adla təltif etdilməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yük­səkliyi ilə qarşılanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azər­baycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında son illər ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yük­səl­dilməsi sahəsində ciddi nailiyyət­lərin əldə olunmasını, 2017-ci ildə mühüm struktur islahatların keçirilməsi, Dövlət Sərhəd Xid­mə­tinin tərkibində 4 silahlı birləşmənin -  Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüv­və­lərinin, Sahil Müha­fizə­sinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəa­liyyətin daha da optimallaş­dırılmasını, nəticə etibarilə Azərbaycan Sərhəd Müha­fizəsində qarşı­ya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan ciddi hərbi potensialın formalaşdırılmasını xüsusi vurğulamışdır.

Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını vermiş­dir.

Azərbaycan sərhədçisinə ciddi etimadın ifadəsi olan, Azərbaycan Res­pub­likasının dövlət sərhədinin tam mühafizə altına götürülmə­sinin əsasını qo­yan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olun­ması, hazırda bu istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ali Baş Komandanın bu qəra­rının Azərbaycan Respublikasının Müdafiə Na­zir­liyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni eh­tiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının güclən­dirilməsinə yönəlməsini əlavə etmişdir.

2018-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiy­yətlər əldə olunmuşdur:

-       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət və Rusiya Federasiyası ilə əmək­daş­lığın daha da möhkəmləndirilməsi nəticəsində 03 sentyabr 2010-cu il tarixdə imzalanmış “Azər­baycan Respublikası və Rusiya Federasiyası arasında döv­lət sərhədi haq­qında” dövlətlərarası müqavilənin icrası üzrə 22 fevral tarixin­də, müs­təqillik illərində ilk dəfə olaraq, Azərbaycan-Rusiya dövlət sərhə­dində ilk sərhəd nişanının təməli qoyulmuş, demarkasiya işlərinə başlanılmış və hal-ha­zı­radək 78 ədəd sərhəd nişanı quraşdırılmışdır.  

-       Xəzər dənizi hövzəsi dövlətlərinin başçılarının V Zirvə toplantısında dövləti ma­raqlarımız üçün xüsusi əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi sta­tusu haqqında Konvensiya”nın imzalanması ilə dəniz sərhədlərinin müha­fizəsi üzrə xidmət-döyüş fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdur;

-       DSX xüsusi məktəbinin yeni inşa olunmuş korpusunun açılış mərasimində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əli­yeva iştirak etmiş, bu korpusun istifadəyə verilməsi ilə məktəb kursant­larının sayının 3 dəfəyədək artırılması şəraiti yaradılmışdır;

-       Azərbaycan dövlətçiliyinin və Bakı şəhərinin erməni-daşnak ha­kimiyyətindən azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda Dövlət Sərhəd Xidmə­tinin şəxsi heyəti, döyüş texnikası və sərhəd gözətçi gəmiləri qürur və şərəflə iştirak etmişdir;

-       Dahi Öndər Heydər Əliyevin 95 illiyinə, Azərbaycan dövlətçiliyinin 100 illiyinə və 15 iyun Milli Qurtuluş gününün 25 illiyinə həsr olunmuş sərhəd xətti boyu süvari və gəmi yürüşlərində dövlət bayrağımız dalğalandırılmış, Heydər Əli­yev və İlham Əliyev zirvələrinə sərhədçi yürüşləri, Yevlax şəhərində 2 km uzunluğunda dövlət bayrağımızla “Zə­fərə doğru” yürüşü keçirilmişdir;

-       47 ali təhsil müəssisəsinin iştirak etdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası ardıcıl olaraq ikinci dəfə 1-ci yerə yüksəlmişdir;

-       dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin yüksək tələblər səviyyəsində təşkil olunmuş, dövlət sərhədindən keçən şəxslərin sə­nəd­lərinin yoxlanılması və viza prosedurları sadələşdirilmiş, sərhəd nəzarəti sahəsində xidmətə 300 nəfərdən çox yeni əməkdaş cəlb olunmuşdur;

-       Avropa İttifaqı, NATO, Beynəlxalq Miqrasiya Təşkilatı, GUAM, Frontex Agent­liyi kimi beynəlxalq təşkilatlar və Rusiya Federasiyası, İran, Türkiyə, Gürcüstan, ABŞ, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Yaponiya, Belarus, Pakis­tan sərhəd xidmətləri ilə qarşılıqlı münasibətlər inkişaf etdirilmiş, xarici şirkət­lərlə hərbi-texniki əməkdaşlıq münasibətləri möhkəmləndirilmişdir.  

-       Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilmişdir;

-       xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olun­muş, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılmış, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilmişdir;

-       dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanıl­mışdır.

-       38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­mış­­dır.

-       geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­miş, gəmi silah­larının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yük­sək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilmişdir.

-       sərhəd xəttində xüsusi işarəverici texniki qurğuların, texniki müşahidə mən­təqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində döv­lət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunmudur.

-       elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş isti­fa­də edilməsi, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologi­ya­la­rın və kreativ həllərin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası ilə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdirilmişdir;    

-       dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğur­la davam etdirilmiş, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı tə­mir-tikintisi həyata keçirilmiş, “Göytəpə” və “Xudat” sərhəd dəstələrində 2 sər­həd zastavası üzrə 18 bina və qurğunun tikintisi başa çatdırılmış və şəxsi heyətin xid­məti istifadəsinə verilmişdir.

-       Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq olunmuş sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilmiş, hesabat dövründə bu cür 101 görüş keçirilmişdir.

İl ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilmiş, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunmuş, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecə­görmə cihazı aşkar olunmuşdur. O cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qar­şısı alınarkən silahlı sərhəd pozucuları ilə atış­mada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilmiş, əməliyyat-axtarış və qoşun təd­birləri nəti­cəsində 29 noyabr tarixində dövlət sər­hədinin pozulmasının qarşısı alı­narkən baş vermiş atışma zamanı sərhədçilər tə­rəfindən şəxsi şücaət nümayiş etdi­rilmiş, çavuş R.Kurupov atəş açmış sər­həd po­zucusu ayağından güllə ya­rası almaqla saxlanılmışdır.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzə­rilərinə düşən və­zifələri və Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanmışdır.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw