03.07.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ölkəmizin sərhədlərinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizə çərçivəsində Şəmkir Sərhəd Dəstəsinin «Böyük kəsik»  sərhəd nəzarəti məntəqəsinin «Dəmiryolu» buraxılış məntəqəsində 30 iyun 2013-cü il tarixdə saat 23:50-də ölkəmizin sərhədini qanunsuz yolla keçmək cəh­di­nin qarşısı alınmışdır. Gürcüstandan Azərbaycan istiqamətində hərəkət edən yük qata­rında gizlənərək qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən, özünü 1969-cu il təvəllüdlü, Gürcüstan vətəndaşı Bedzina Soitaşvili kimi təqdim edən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır.

 Faktla bağlı cinayət işi başlanılmış, istintaq aparılır.

                                  

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi