12.12.2018, 11:58- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-ma­yor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Res­pub­likasına səfəri başa çatmışdır.

11 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında İran İslam Res­publikasının sərhəd qoşunlarının nümayəndə heyəti ilə Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti arasında səfər çərçivəsində keçirilmiş görüşlərin, aparılmış müzakirələrin və əldə olunmuş razılaşmaların nəticələrini təsbit edən protokol hazırlanmış, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İİR Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi tərəfindən imzalanmışdır.

Protokolda tərəflər arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın geniş­ləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərə­kətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cüm­lədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiya­nın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlu­mat mübadiləsinin həyata keçiril­məsi nəzərdə tutulmuşur.

Həmin gün İİR nümayəndə heyəti Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkil etdiyi “Çövkən” Milli Atüstü oyunu üzrə Prezident Kuboku çərçivəsində “Sərhədçi” çövkən komandası ilə “Omar” çövkən komandası arasında oyuna tamaşa etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80