07.12.2018,12:17- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

2018-ci ilin 4 dekabr tarixində “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən “SA-16129” bort nömrəli, “Yamaha-75” mühərrikli üzmə vasi­təsinin 2 nəfərdən ibarət heyəti tərə­findən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə köməklik göstərilməsi barədə müra­ciət edilmişdir.

Sahil nəzarəti bölməsi tərəfindən mərkəzi istiqamətində xid­mətdə olan sərhəd gözətçi gəmisinə təhlükədə olan üzmə vasi­təsinin koordinat­ları ötürülmüşdür.

Sərhəd gözətçi gəmisi tərəfindən dalğalı hava şəraitində hə­yata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində texniki na­sazlıq səbə­bindən Makarov bankasının qərb istiqamətində sahil­dən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edil­mişdir. Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınmış, qayıqda olan 2 nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin bortuna götü­rülmüşdür.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatol­yeviç və İbrahimov Ağasəf Sahib oğlu olmuşlar.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80