+
-
02.07.2013
02.07.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

         

İyul ayının 18-də saat 14:00-da Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Xaçmaz, Xudat,  Qusar və Şabran rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyul ayının 16-dək Dövlət Sərhəd Ximətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər. Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya  Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw