Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və qaçaqmalçılığa qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
2018-ci ilin 20 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə “Bəxtiyar” gəmisində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəllüdlü Bullarov Qurhanmuhannedə məxsus “Ford-Tranzit” markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beglienə məxsus “Toyota” markalı BG-5081-AG dövlət nömrə nişanlı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qaçaqmal şəklində dövlət sərhədindən keçirmək cəhdlərinin qarşısı alınmışdır.
Belə ki, avtomobillərin salonlarında 1524 qutu “Pall Mall”, 490 qutu “Fine”, 800 qutu “Wont”, 10 qutu “Parlament” siqaretləri, 400 ədəd “Mascotte” markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik “Georgian ԝine”, 10 ədəd 0,5 litrlik “Rkatsiteli” markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi