23.11.2018, 09:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­liyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

2018-ci ilin 19 noyabr tarixində “Biləsuvar” dövlət sərhə­din­dən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR və­təndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sər­həd və gömrük baxışı keçirilmiş, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılmışlar.

2018-ci ilin 20 noyabr tarixində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qara­vul­daş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd “Meta­don” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə aşkar edilərək götürül­müşdür.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80