08.11.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində “9 noyabr – Dövlət Bayrağı günü” silsilə tədbirlərlə qeyd edilir. Bütün hərbi hissə və bölmələrdə keçi­rilən mədəni-kütləvi təd­birlərdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin çoxsaylı nü­mayəndələri iştirak etmişlər.

08 noyabr 2018-ci il tarixdə Dövlət Bayrağı günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində təntənəli tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev İdeoloji mərkəzi ilə tanış olmuş, Ulu Öndərin büstünün önünə əklil qoymuşlar.

Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılmışdır. Mərasimdə Azərbaycan tarixinin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriy­yətinin yaranması və şərqin ilk demok­ratik respublikasının dövlət rəmzi olan üçrəngli, ay-ulduzu bayrağın qəbul olunması haqqında ətraflı məlumat verilirmiş, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil bütün müsəlman dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan 70 il sonra üçrəngli bayrağımızın məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində yenidən bərpa edilərək 17 noyabr 1990-cı ildə Naxçivan Muxtar Respublikasının,       5 fevral 1991-ci il tarixdən isə Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı kimi təsdiq olunması minnətdarlıq hissi ilə qeyd olunmuşdur.

Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra dövlət bayra­ğımızın milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilməsi, dövlət bayrağına  hör­mət və ehtiramın ən böyük nümunəsini Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respubli­kasının Prezi­denti cənab İl­ham Əliyevin nümayiş etdirmələri qürur hissi ilə vürğulanmışdır.  

Möhtərəm Prezidentimiz İl­ham Əliyevin dövlət bayrağımıza yüksək məhəbbətin təza­hürü olaraq 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradıl­ması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalaması və Dövlət Bayrağı Meydanının açılışında «Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim milli dəyərimizdir. Bu Bay­raq Meydanının yaradılması Azərbayc­anın gücünü, Azərbaycan xalqının öz dövlə­ti­nə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı gös­tərir» deməsi iftixarla xatır­lanmışdır.

Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bayram münasibəti ilə sərhədçiləri təbrik etmişdir. 

Tədbirdə Heydər Əliyev dövlətçilik ideyalarına daim sadiq olan, sərhədlərimizin keşi­yində qürurla dayanan Azərbaycan sərhədçisinin bundan sonra da yaradıl­masının 100 illiyini böyük təntənələrlə qeyd etdiyimiz Azərbaycan Respub­li­ka­sı­nın müstə­qil­li­yi­nin simvolu olan dövlət bayrağı­mı­zın daima yüksəklərdə dalğalanması üçün əllərindən gələni əsirgəmə­yəcəklərinə, öz fədakar xidmətləri ilə göstərilən etimadı layi­qin­cə doğrul­dacaqlarına əminlik ifadə olunmuşdur.

Mərasimdə xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olunmuşdur. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və incəsənət ustaları sərhədçilər qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.

08 noyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasında Dövlət Bayra­ğı Muzeyinin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Könül İmamverd­i­yevanın akademiyanın kollektivi ilə görüşü keçirilmişdir. K.İmamverdiyeva «Dövlət Bayrağımız qürur mənbəyimizdir» mövzusunda mühazirə-təqdimatla şəxsi heyətin qarşısında çıxış etmişdir. Mühazirədə Azərbaycan Respublikasının Dövlət Bayrağı, həmçinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları barədə ətraflı məlumat verilmişdir. K.İmamverdiyeva sərhədçi kursantları maraqlan­dı­ran sualları cavablandırmışdır.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80