+
-
13.06.2013
12.06.2013- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Iyun ayının 20-də Zaqatala şəhərində yerləşən Zaqatala Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Zaqatala, Qax, Şəki və Balakən rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyun ayının 18-dək  Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012 498-01-55 və 012 498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Zaqatala şəhərində yerləşən Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

 

                                          

f tw