+
-
15.10.2018
15.10.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində Umummilli Lider Heydər Əliyevin milli dövlətçilik irsinin layiqli davamçısı, yeni dövrün qüdrətli lideri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 15 illik fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər  davam etdirilir. Bütün hərbi hissə və bölmələrdə keçi­rilən seminarlarda, mədəni-kütləvi təd­birlərdə millət vəkilləri, elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin çoxsaylı nü­mayəndələri iştirak edirlər.

Keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın yekdil səsi ilə ölkə rəhbəri seçildiyi 2003-cü ilin 15 oktyabrından keçən əlamətdar dövrün milli dövlətçilik tariximizdə möhtəşəm intibah mərhələsi olması barədə ətraflı məlumatlar verilir.  

15 oktyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasından, insanların hüquq və azadlıqların təmin edilməsindən, vətəndaşların rifah halının getdikcə yüksəlməsindən, dövlətimizin iqtisadi potensialının durmadan artmasından, nəhəng  transmilli energetika və nəqliyyat layihələrinin həyata keçirilməsindən geniş söhbət açılmışdır.

Tədbirdə çıxış edən  Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturunun yenilənməsinin, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının artmasının, Azərbaycanın dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulduğunun, ordumuzun döyüş qabiliyyətinin yüksəlməsinin, maddi-texniki bazasının möhkəmləndirilməsinin məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və qətiyyəti siyasətinin məntiqi davamı olmasını böyük minnətdarlıq hissi ilə qеyd еtmişdir.  

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulan­mışdır.

 Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 illik fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw