05.10.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirlər da­vam etdi­rilir.

2018-ci ilin 30 sentyabr tarixində DSX əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılmasına nail olunmuşdur.

Həmin tarixdə saat 03:10 radələrində alınmış əməliyyat məlumatı əsasında DSX-nin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Yardımlı-Arus kəndi istiqamətində əməliyyat-axta­rış tədbiri həyata keçirilmiş, “VAZ-2107” markalı 90-BB-979 və  “Mer­cedes” markalı 90-BK-471 dövlət qeydiyyat nömrə nişanlı avto­mo­billər baxış keçirilməsi üçün saxlanılmışdır.

Saxlama zamanı “Mer­ce­des” markalı avtomobil tabesizlik göstə­rmiş və Masallı rayon istiqa­mətində hərəkət edərək 1 kq narkotik maddəni əraziyə atmışdır. Qarşılıqlı əlaqədə olan Masallı rayonu polis şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılmış, avtomobildə olan 1 nəfər şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq meşəlik əraziyə qaçmağa nail olmuşdur.

Əraziyə və avtomobillərə baxış zamanı 8600 qram “heroin” və “tiryəkə” bənzər narkotik maddə aşkar olunmuşdur. Saxlanılmış və­tən­daşların şəxsiyyətləri dəqiqləşdirilmiş, onların Yardımlı rayon sa­kin­ləri 1974-cü il təvəllüdlü Şirbəyev Habil Yaşılxan oğlu, 1983-cü il təvəllüdlü Qurbanov Zaur Camalxan oğlu və Salyan rayon sakini 1993-cü il təvəllüdlü Ağayev Malik İlyas oğlu olma­ları müəyyən edilmişdir. Hadisə yerindən qaçmış 4-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə əlaqədar DSX-nin istintaq və təhqiqat idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80