01.10.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd nəzarəti tədbirləri davam etdirilir.

DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son gün­lərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Res­pub­li­ka­­sının döv­lət sərhədindən keçmək­, 1 nəfər Azərbaycan Res­­publi­ka­sının vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qar­şısı alın­mış, 220 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.

14 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə uçub gedən Pakistan vətəndaşı 1969-cu il təvəllüdlü İqbal Zahidin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş İspaniyaya məxsus şengen vizasının və daimi yaşayış kartının saxta olduğu müəyyən olunmuşdur.

16 sentyabr tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində RF-dən AR-ə gələn Özbəkistan vətəndaşı 1984-cü il təvəllüdlü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümümi çəkisi 115 qram gümüş, 53 qram qızıl olan 23 ədəd zərgərlik məmulatları aşkar olunmuşdur.

21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1993-cü il təvəllüdlü Kandasamy Sreekanthının sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğu şübhə doğurmuş və laboratoriya şəraitində yoxlanılaraq təsdiqini tapmışdır. Baxış zamanı saxla­nılan şəxsin üzərindən  ona məxsus olan 1993-cü il təvəllüdlü Ganeshalingam Manojhpirabanın adına Şri-lanka pasportu aşkar olunmuşdur.

21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1975-ci il təvəllüdlü Ramasamy Subramaniamın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması şübhə doğurmuş və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapmışdır. Saxlanılan şəxsin üzərindən ona məxsus olan 1980-ci il təvəllüdlü Palaiah Kamalakannanın adına Şri-lanka pasportu aşkar olunmuşdur.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80