08.09.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat

2018-ci il sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilmişdir.

Hadisə saat 15:00 radələrində baş vermiş, müddətli həqiqi hərbi xidmət hərbi qul­luqçuları ilə görüş müddətində əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıcaqla 3 zərbə endirmişdir.

Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülmüş, yaralı Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstə­xana­sına çatdırılmışdır. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.

Hadisə barədə əsgərin valideynlərinə məlumat verilmişdir. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstə­xana­sına gəlmişdir.

Hadisəni şəxsi münasibət zəminində törətdiyini bildirən C.Hüseynov saxla­nıl­mış, hərbi prokururluq orqanlarına məlumat verilmişdir. Hadisə ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir.    

 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi