21.08.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd mühafizəsinin etibarlı təminatı sahəsində tədbirlər da­vam etdi­rilir.

Son günlərdə DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayə­sində “Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınmış, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılmışdır. Belə ki,:

15 avqust tarixində Gürcüstan ilə dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunmuşdur. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aş­kar olunmuşdur.

18 avqust tarixində "Göytəpə" sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Res­publikası istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunmuş və dərhal keçirilmiş sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılmışdır. Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, 2018-ci ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­can Respbulikasına gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum ol­muş­dur. Sərhəd pozucusunun üzərində Azər­bay­can Respublikasın­da yaşa­maq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İİR realı, 58 AZN, İİR-ə məxsusu müxtəlif 6 ədəd, AR-ə məxsus plastik kart aşkar olunmuş­dur.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80