11.08.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sər­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

2018-ci ilin avqust ayında DSX əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində sərhədboyu zona ərazisində külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, həmçinin 1 nəfər əc­nəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınmış­dır.

Birinci hadisə 3 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş vermişdir. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad ra­yonu Sulu­çeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunmuşdur. Saat 01:30 radələrində VAZ-2172 markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avto­mo­bilin həmin əraziyə yaxın­laşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunmuşdur. Həmin şəxs sər­həd nar­yadı tərəfindən təqib edilərək yaxalanmış, əlindəki bağlamada 3 kq tir­yək aşkar olunmuşdur. Saxlanılmış şəxsin Azərbaycan Respublika­sı­nın vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşə­liyev Xəyal Əli oğlunun olması müəyyən edilmişdir.

İkinci hadisə 8 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş ver­miş­dir. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sər­həd zasta­vasının xid­məti sahəsində naməlum şəxsin hərəkəti sər­həd naryadı tərəfindən qeydə alınmış və sərhəd zastavasına məruzə olunmuşdur. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qal­dırılmış və hadisə yerinə hərəkət edilmişdir. İran İslam Respubli­ka­sın­dan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini poza­raq mü­həndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxla­nılmışdır. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sər­həd pozucusu İran İslam Respublikasının və­tən­daşı 1996-cı il təvəl­lüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirmiş, üzə­rin­də 1 ədəd mobil telefon, 2800000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunmuşdur.   

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80