01.08.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psi­xotrop maddələrin qaçaq­malçılıq yolu ilə ölkə əra­zisinə gəti­ril­məsinin qar­şısının alınması, həmçinin sərhədyanı ərazilərdə yabanı şəkildə bitən nar­kotik xassəli bitkilərin aşkarlanması istiqamətində tədbirlər da­vam etdirlir.

29 iyul 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşun­larının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisin­dəki sər­həd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazi­sindən qaçaqmal yolu ilə 3 bağla­madan ibarət 6 qutuda 10 milli­qramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Myd­rax” dərman prepa­ratla­rının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alın­mışdır.

28-31 iyul 2018-cı il tarixlərdə Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Za­qa­tala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massiv­lərin­də 13796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkar olunmuş və müvafiq qaydada aktlaş­dırılaraq məhv edil­mişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80