27.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara döv­lət­çiliyə sədaqət hisslərinin təlqin edilməsi, gənc nəslin nümayən­dələrinin dünya görüşlərinin artırılması və dəyərli istirahətlərinin təşkili məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi olaraq kompleks təd­birlər həyata keçirilir.

Dövlət Sərhəd Xidməti və “ASAN Xidmət Könüllüləri” Təşkilatı tə­rə­findən birgə təşkil olunan və Azərbaycan dövlətçiliyinin 100 illiyinə həsr olunan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi də bu qəbildən olan layihələrdəndir.

İyul ayının 20-dən 27-dək respublikamızın ən gözəl guşələrindən bi­rində, Qəbələ rayonu ərazisində, Böyük Qafqaz sıra dağ­larının ən yük­­­sək zirvəsi olan “Bazardüzü” dağının ətəklərində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin “La­za” sərhəd zastavasında təşkil olunan “Hərbiyyə” hərbi vətənpərvərlik dü­şərgəsi başa çatmışdır. 2016-cı ilin 10 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cə­nab İlham Əliyevin şəx­sən səfər etdiyi “Laza” sərhəd zastavasında kö­nül­lülərdə sərhəd mühafizəsi haqqında ən geniş təsəvvürün for­malaşdırıl­ması üçün əlverişli şərait yaradılmışdır. Düşərgəyə cəlb olun­muş könüllülər hərbi nizamna­mələrin tələblərinə uyğun olaraq sər­hədçi həyatı yaşamış, sərhəd xidmətinin xüsusiyyətləri ilə yaxın­dan tanış olmuşlar.

Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanış­lıq, pnevmatik silahdan atışların yerinə yeti­ril­mə­si, silahların sökülməsi və yığılması, narkotik maddə və partlayıcı va­si­tənin xidməti itlər tərəfindən axtarılıb tapılması, çevikçilərin nümu­nə­vi çıxışları, “Sərhəd naryadı tərəfindən sərhəd pozucusunun yaxalan­ması və sərhəd zastavasına müşayiət edilməsi”, “Maskalanma”, “Ləpirçilik” və sıra hazırlığı üzrə nümunəvi praktiki məşğələlər və digər tədbirlər könüllülərin istirahətini daha maraqlı və səmərəli etmişdir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edən polkovnik İntiqam Atakişiyevlə və 2016-cı ilin aprel doyuşlərinin iştirakçıları ilə keçirilən göruş, diskus­siya­ların aparılması da yaddaqalan tədbirlərdən olmuşdur.

Hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş könüllülərin asudə vaxtının və fəal istirahətinin təşkili məqsədilə müxtəlif idman yarışları, Azərbaycan kinomatoqrafçılarının vətənpərvərlik mövzusunda isteh­sal etdikləri və sərhədçilərdən bəhs edən filmlərin nümayişi və müza­ki­rə­si, Qəbələ və Şəki rayo­nlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar, Şəki rayon mədəniyyət mərkə­zinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları, fotoqraf Vü­qar İbadovun fərdi sərgisi, respublikamızın tanınmış ədəbiyyat və incə­sənət xadimləri ilə görüşlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Gömrük Ko­mitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Res­publikasının Prezidenti ya­nında Sosial İnnovasi­yalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 24 iyul 2018-ci il tarixdə hərbi vətənpərvərlik düşərgəsinin iştirakçı­ları ilə görüşmüşlər. Görüş zamanı Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qabaqcıl və firavan ölkələrin­dən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin inkişafı, vətənpərvərlik tərbiyələri ilə yanaşı istirahətlərinin və asudə vaxtları­nın səmərəli təşkili məsələlərinin də ciddi dövlət qay­ğı­sı ilə əhatə olun­ması, gənclərdə liderlik keyfiyyətlərinin formalaş­masına xüsusi önəm verilməsi qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ideyası və təşəbbüsü ilə yaranmış ASAN Xidmətin Azərbaycan brendinə çevril­məsində çox mühüm və nəcib fəaliyyətlə məşğul olan könüllülərin xüsusi rolu qeyd olunmuş­dur. Dövlət Sərhəd Xidmətinin və “ASAN Xidmət Könüllüləri” Təşkila­tının birgə layihələrinin vətənpərvərlik ideyalarının təbliğatı üçün mü­hüm əhəmiyyət kəsb etməsi bil­dirilmişdir.

İyul ayının 27-də “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar mərasim keçirilmişdir. Mərasimdə düşər­gəyə cəlb olunmuş könüllülərə sertifikatlar təqdim olunmuş, yarışlarda qalib gələnlər mükafatlan­dırılmış, xatirə hədiyyələri təqdim edilmişdir.

                 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80