+
-
25.07.2018
25.07.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin 24 iyul tarixində Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri göm­rük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xid­mə­tinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Pre­zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DSX-nin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına səfər etmişlər.

Səfər zamanı Dövlət Sərhəd Xidmətinin və ASAN Xidmətin birgə təş­kilatçılığı ilə 100 nəfər ASAN könüllüsü üçün təşkil olun­muş “Hər­biyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirak­çıları ilə görüş keçiril­miş, “Laza” sərhəd zastavasında sərhədçilərin xidmət və yaşayış şəraiti ilə tanış olunmuşdur.

Görüşdə gənclərin hərbi-vətənpərvərlik, Azərbay­can dövlətçiliyi­nə sədaqət və Vətənə məhəbbət ruhunda tərbiyəsinin mühüm əhə­miy­yət kəsb etməsi xüsusi qeyd olunmuş, bu cür layihə­lərin miqya­sı­nın daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin Ali Baş Komandanlığı altında ölkəmizin hərbi qüdrətinin yüksəl­dilməsi istiqamətində görülən işlər sa­yə­sində torpaqlarımızın ən yaxın müd­dət­də işğaldan azad ediləcəyinə əminlik ifadə olunmuş, fəaliyyət sahə­­sindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının döv­lət­çilik naminə çalışmasının böyük əhəmiyyət kəsb etməsi vurğulan­mışdır.

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları tərə­fin­dən görüş böyük sevinclə qarşılanmış, dövlət qurum­larının rəhbər­lərinə minnətdarlıq bildirilmişdir. ASAN könüllülərinin xahişi ilə düşər­gənin fəaliyyət müddətinin daha da artırılması barədə qərar qəbul olunmuşdur.

 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw