+
-
25.07.2018
25.07.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin 24 iyul tarixində Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmə­tinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Pre­zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olmuşlar.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin tap­şırıqlarına uyğun olaraq dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd keçmə prosedurlarının sadələşdirilməsi, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effektivliyinin daha da artırılması və yoxlama müddət­lə­rinin maksimal azaldılması məsələləri nəzərdən keçirilmiş, buraxılış mən­təqəsinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müza­kirələr aparılmışdır.

Dövlət orqanlarının rəhbərləri tərəfindən dövlət sərhədindən bu­ra­xılış məntəqəsində olan vətəndaşlarla görüş keçiril­miş, onların mü­raciət və təklifləri dinlənilmişdir.

 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw