23.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata ke­çiril­miş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolları­n yabanı halda bit­diyi sahə aşkar olunmuşdur.

2018-ci ilin 19 iyul tarixində Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin hərbi qulluq­çuları tərəfin­dən Lerik rayo­nunun Orand və Hildərə kəndlərinin sər­həd xət­tinə yaxın ərazilərində aqrotexniki qul­luq olunmamış 78560 ədəd, ümumi çəkisi 1960 kiloqram xaş-xaş ko­­lu­nun yabanı halda bitməsi müəyyən edilmişdir.

Qeyd olunan xaş-xaş kolları yerli icra nümayəndəliyi, Lerik rayonunun polis şöbəsinin əməkdaş­la­rının işti­rakı ilə yığılaraq akt tərtib olunmuş və yandırılma yolu ilə məhv edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80