20.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin 11-19 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastava­sının bazasında Bakı şəhərinin Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün “Sərhədçi” yay hərbi vətənpərvərlik düşər­gəsi təşkil olunmuşdur.

Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastava­sına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra ha­zırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha ma­raqlı, səmərəli və yaddaqalan etmişdir.

Məktəblilər arasında mini futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrə­si arxasında müzakirələr təşkil olunmuş, Azərbaycan kinomatoqraf­çıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentllər, Döv­lət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilmişdir.

Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mə­dəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunmuşdur.

İyul ayının 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin baş çatması ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə Nə­simi rayon icra hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri iştirak etmişlər. Mərasimdə Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ru­hunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmiş, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması vurğulanmışdır.

Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şa­girdlər mükafatlandırılmış, məktəblilərə xatirə hədiyyələri təqdim edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80