+
-
10.07.2018
10.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ildə yaradılmasının 11-сi ildönümünü qeyd edən Dövlət Sərhəd Xidməti­nin Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlmişdir.

Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan döv­lət­çiliyinə sədaqətli, peşəkar sərhədçi zabit­lə­rin hazır­lanması, hərbi qulluqçuların döyüş hazırlı­ğı­nın təkmilləşdiril­məsi, döv­lət sərhədinin mü­hafizəsi və hərb sahəsində elmi tədqiqat­la­rın aparılması üçün mükəm­məl elmi-pe­daqoji potensial və ən yüksək stan­dartlara cavab verən maddi-texniki baza forma­laşdırılmışdır.

İyul ayının 10-da Dövlət Sərhəd Xid­məti Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilmişdir. Ənə­nəvi ola­raq möh­tə­şəm Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luqçuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak et­mişlər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğur­­lar arzulamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq ola­caq­­larına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­­yevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sər­həd­çi­si adı­nı daima uca tutacaq­larına inamını ifadə etmişdir.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təkcə 2018-ci il ərzində 2 dəfə Dövlət Sərhəd Xidmətinin hər­bi hissə və bölmələrinə səfərlərinin, Azər­bay­can Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın DSX-nin Xüsu­si Məktəbinin yeni korpusunun açılış mərasimində iştirakının Dövlət Sərhəd Xidmətinə göstərilən ali diq­qətin növbəti ifadələri olmasını xüsusi vurğulamışdır.

Azərbaycan Sərhəd Müha­fizəsinə göstərilən bu qayğı sayəsində əldə olun­muş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olunacaq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalarını bildirmişdir.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçmişlər.

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əli­yevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw