03.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azər­­­­­­bay­can Respublika­sının döv­lət sərhədindən keçmək cəhdinin qarşısı alınmış­dır.

15 iyun tarixində Bakı–Riqa–Stokqolm reysi ilə tranzit uçan 1987-ci il təvəllüdlü İraq vətəndaşı Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması aşkar olunmuşdur.

19 iyun tarixində Dubay–Bakı reysi ilə gələn RF vətəndaşı 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi RF pas­­por­­t­unun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə sax­ta­laş­­dırıl­ması müəyyən edilmişdir. Saxlanılmış şəxsin üzərindən əlavə Ukraynaya da məxsus saxta pas­port aşkarlanmışdır. Araşdırma za­ma­nı U.İnalovun 2016-cı ildən RF-də federal axtarışda olması məlum olmuşdur.

20 iyun tarixində Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn AR vətəndaşı Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olması aşkar edilmişdir.

25 iyun tarixində Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lan­ka vətəndaşı 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliyaya məxsus yaşayış kartının saxtalaşdırılması aş­kar olun­­muşdur.

26 iyun tarixində Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətən­daşı 1980-ci il tə­vəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriya­ya məxsus yaşayış kartının saxta olması aşkar­lan­mışdır.

26 iyun tarixində Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pas­por­tundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olması müəyyən edilmişdir.

30 iyun tarixində İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətən­­daşı 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun pas­­por­­tu­nun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaş­dırıl­ması müəyyən edilmişdir.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər həyata keçiril­mişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80