+
-
02.07.2018
02.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaq­malçılıq yolu ilə ölkə ərazisinə gəti­ril­məsinə qarşı Dövlət Sərhəd Xidməti tərəfindən tədbirlər davam etdirlir.

2018-ci ilin 30 iyun tarixində keçirilmiş əməliyyat tədbiri nəticəsin­də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılmışdır.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılmış, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunmuşdur.

01 iyul tarixində əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sum­qa­yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə­hə­­rin­də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­muş Corat qəsə­bə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılmışdır.

Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır, cinayətin digər iştirakçılarının müəyyənləşdiriməsi isti­qa­mətində əməliy­yat-axtarış tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw