18.06.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində “15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.

Keçirilən silsilə bayram tədbirlərinin davamı olaraq 14 iyun 2018-ci il tarıxində “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyinə həsr olunmuş və idmanın müxtəlif növləri üzrə sərhədçilərdən ibarət yığma komandamızın ustalarının nümunəvi çıxışları nümayış olunmuşdur. Azərbaycan Dövlət Himninin ifası ilə başlayan idman tədbirinin açılış mərasimində çıxış edənlər müstəqil, müasir Azərbay­can dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açaraq məhz bu dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına sоn qоyulmasını, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasını böyük minnətdarlıq hissi ilə qеyd еtmişlər.  

Tədbirdə Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın yuksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, möhtəşəm yarışları keçirmək bacarığını, qazanılan qələbələrin isə ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının bariz nümünəsi olması xüsus olaraq vurğulanmışdır.

Sərhədçi idmançılarımızın cüdo, karate, boks, tekvando, gimnasitika və.s idman növləri üzrə nümunəvi çıxışları tədbirdə iştirak edən tamaşaçılar tərəfindən böyük maraqla izlənilmişdir.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin rəqs kollektivi və incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.

 

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80