31.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 29 may tarixində DSX-nin sərhəd nəzarəti əməkdaş­larının sayıq­lığı və pe­şəkarlığı sayəsində xarici vətəndaşların saxta­laş­dırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınmışdır. Həmin tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sər­həd nəza­rəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə do­ğur­­muş, xüsusi laboratoriya şərai­tin­də dərinləş­di­ril­miş yoxlama nəti­cə­­sində şübhələrin əsaslı olması dəqiqləşdirilmişdir. Belə ki,:

-      “Dubay-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı Pakistan İslam Res­­­­publikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tə­rəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vi­za­sının saxta olması müəyyən edilmişdir.

-      “Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin hə­ya­ta keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunmuşdur.

-      “İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təq­dim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olma­sı müəyyən edilmişdir.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80