05.04.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Aprel ayının 25-də Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən Göytəpə Sərhəd Dəstəsinin qərargahında Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Cəlilabad, İmişli, Biləsuvar, Neftçala rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyən şəxslərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 20-dək  Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012 498-01-55 və 012 498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması xahiş olunur.