30.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin yekunu olaraq Dövlət Sərhəd Xidməti Aparatında təşkil olunan mərasimdə 28 may 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublika­sının Prezidenti, Silahıl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev nitqi hərbi qulluqçulara nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublika­sının Prezidenti, Silahıl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələrə dair sərhədçilərin üzərinə düşən tapşırıqları müəyyənləşdirmiş, Heydər Əliyev ideyalarına həmişə öz sədaqəti ilə seçilən şəxsi heyətin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə etmişdir.

Sərhədçiləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildö­nümü münasibətilə təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oya­nı­şının məntiqi yekunu olaraq şərqdə və türk dünyasında ilk demokratik quruluş olan Azərbaycan Xalq Cümhuriy­yətinin yaradıl­ması barədə İstiqlal Bəyan­naməsinin elan olunduğu 28 may 1918-ci ilin dövlətçilik tariximizə şanlı bir səhifə kimi qızıl hərflərlə yazıldığını qeyd etmişdir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən onu itirmək təhlükəsi ilə üzləşən Respublikamızın 1993-cü ildə xalqın tələbi ilə hakimiy­yətə qayıdan Ümum­milli Lider Heydər Əliyevin tarixi xidmətləri sayə­sində müstəqilliyini qoruyub saxlaması, böyük inkişaf və tərəqqi yoluna qədəm qoyması minnətdarlıq hissi ilə qeyd olunmuşdur. Ötən dövr ərzində Ulu Öndərin layiqli davamçısı Azərbay­can Respub­likasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dövlətimizin inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrilməsi iftixar hissi ilə vurğulanmışdır.

Tədbirdə Azərbaycan Respubli­kası­nın Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Koman­­danı cənab İlham Əliyevin qətiyyəti sayəsində yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyünün təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsi Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunmuşdur.

Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildö­nü­mü münasibəti ilə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltiflən­dirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80