+
-
29.05.2018
29.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılma­sının 100 illik yubileyi münasibətilə təntənəli tədbirlər davam etdirilir. Bütün hərbi hissə və bölmələrdə keçi­rilən mədəni-kütləvi təd­birlərdə, elmi-prak­tiki seminar­larda, görüş­lərdə sər­­­hədçi veteranlar, elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiy­yətin çoxsaylı nü­mayəndələri iştirak edirlər.

Bayram tədbirlərində XX əsrin əvvələrində Şərqdə ilk Azərbaycan Demokratik Respublikasının yaradılmasından, xalqımızın qədim dövlətçilik ənənələrinə, zəngin tarixə malik olması qeyd olunmaqla, müstəqil, müasir Azərbay­can dövlətini əbədi edən Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri dərin minnətdarlıq hissi ilə vurğulanmışdır.

Respublika gününə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq 27 may 2018-ci il tarıxində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Kunq-fu Federasiyasının təşkilatçılığı ilə Kunq-fu idman növü üzrə 26-cı Respublika çempionatı keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edənlər Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın yuksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, möhtəşəm yarışları keçirmək bacarığını, qazanılan qələbələrin ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının bariz nümünəsi olmasını xüsusi qeyd etmişlər.

26 komandanın iştirakı ilə keçirilən Kunq-fu üzrə ölkə birinciliyində “Sərhədçi” yığma komandası 18 idmançı ilə iştirak etmiş və gərgin mübarizə şəraitində keçən yarışda 6 qızıl, 2 gümüş və 5 bürünc medal qazanaraq komandalar arasında birinci yerə yüksəlmişdir.

İdmançilarımızdan Əli Mirələkbərli (90 kq+), Əfqan Fətixanov (90 kq), Şənlik Talıbov (80 kq), Hüseyn Hüseynov (56 kq), Lida Lətifova (45 kq), Mustafa Hüseynov (35 kq) müxtəlif çəkilər üzrə yarışın ən yüksək pilləsinə layiq görül­müşlər

Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən yarışın sonunda idman­çıların təltiflənmə mərasimi keçirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw