+
-
23.05.2018
23.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

22 may 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin, Gənclər və İdman Nazirliyinin Xəzər rayon idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş estafet yarışları keçirilmişdir.

Tədbirin əvvəlində Azər­baycan Xalq Cümhuriyyətinin yaradılma tarixi haqqında ətraflı məlumat verilmiş və bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün müsəlman dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.

Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azər­baycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri də minnətdarlıq hissi ilə qeyd edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­ması xüsusi olaraq vurğulanmışdır.

Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Xüsusi Məktəbin fəaliyyətə başlaması, formalaş­ması və onun zəruri tədris bazası ilə təchiz olunmasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı minnətdarlıqla qeyd olunmuşdur.

Rəsmi hissə başa çatdıqdan sonra müxtəlif estafet yarışları keçirilmiş, milli rəqslər, teatr tamaşalarından səhnəciklər nümayiş etdirilmiş və vətənpərvərlik ruhunda mahnılar ifa edilmişdir. Sonda estafet yarışının qalibləri təltifləndirilmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw