+
-
03.04.2013
03.04.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

   Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə 01-04 aprel tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zümeyyim bin Cuveybur Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir.

   Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilmişdir. Görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailliyyətlər, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə qonaqlara məlumat verilmişdir. Müzakirələr zamanı sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin yaradılması və inkişafı, qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı, transsərhəd cinayətkarlıqla mübarizə haqqında, o cümlədən dəniz sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

  Nümayəndə heyəti  Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə, Akademiyasına, Aviasiya dəstəsinə, “Sərhədçi” idman olimpiya mərkəzinə, Xüsusi məktəbinə və digər hərbi hissələrinə səfər edərək xidmət-döyüş fəaliyyətinin təşkili və yaradılmış məişət şəraiti ilə yaxından tanış olmuşdur.

 

 


f tw