+
-
27.04.2018
27.04.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 24-25 aprel tarixlərində DSX əməkdaşlarının sayıq­lığı və pe­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa öl­­kə­­lərinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası əra­zisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınmışdır.

24 apreldə “Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurmuş­dur.

25 apreldə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şüb­­hələr yaranmışdır.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilmiş, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­di­rilərək saxtalaşdırılması müəyyən edilmişdir. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­kar olun­muş, məqsədlərinin Azərbaycan Respublikasının ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilmişdir.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw