24.04.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 23 aprel tarixində DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkə əra­­zisinə qanunsuz yolla gətiril­məsinin qarşısı alınmışdır.

Həmin tarixdə Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilmiş, yaxınlıqdakı yaşayış məntəqələrinə hərə­kət yolları qapadılaraq tam nəzarətə götürülmüşdür. Kompleks qoşun və əmə­liyyat-axtarış tədbirləri nəticə­sində İrandan Azər­baycan Respubli­kası isti­qamə­tində dövlət sərhədini pozmuş İran İslam Res­pub­likası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılmışlar.

Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülmüşdür. Araş­dırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Res­publikasına keçirdikləri külli müqdarda narkotik vasitəni Astara rayonu Ha­mu­şam kənd sakini 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdır­maları müəyyən olun­muşdur.

Əməliyyat-axtarış təd­birlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vaha­bov Ayətulla Calal oğlu sax­lanılmış, həyətyanı sahə­sində xüsusi yer­də gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olu­naraq gö­türülmüşdür.

Bununla yanaşı və­təndaş A.Vahabovun öz övladı – 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qa­çaq­mal­çılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyən edilmiş və vətəndaş M.Vahabov da həbs olunmuşdur.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80