+
-
23.04.2018
23.04.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitə­lərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarətinin əməkdaşlarının sa­yıqlığı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşması nəticə­sin­də külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qar­şısı alınmışdır.

Belə ki, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından rəsmi qaydada Azərbaycan Respub­li­ka­sına gələn 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası və­təndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılmış və şəxsi baxış nəti­cəsində üzə­rin­də 2500 qram tiryək, 500 qram heroin aşkar olun­muşdur.

 Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw