19.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ilə Respublika Hərbi Prokurorluğunun Novruz bayramı münasibətilə birgə tədbirlər planına uyğun olaraq 16-17 mart 2018-ci il tarixlərdə Bakı, Göytəpə, Horadiz və Zaqatala şəhərlərinin ərazilərində yerləşən Dövlət Sərhəd Xid­mə­tinin hərbi hissələrində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələrinin  və ərazi Hərbi Prokurorlarının şəxsi heyətlə görüşləri keçirilmişdir.

Keçirilən görüşlərdə qonaqlar Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsindən, Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd təh­lükə­siz­liyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsindən, Vətənimizin sərhəd­lərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlərdən ətraflı danış­mışlar.

Tədbirlərdə Hərbi Prokurorluq əməkdaşları cinayət hadisələrinin qarşısının alınması, hüquq qaydalarının və hərbi intizamın möhkəmlən­di­rilməsi mövzu­ların­da şəxsi heyətin qarşısında çıxış etmiş, hərbi qulluqçulara müvafiq tövsiyələr vermişlər. 

Qonaqlar hərbi hissələrdə yaradılmış şəraitlə yaxın­dan tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim etmişlər.

 

                                         Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəz

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80