06.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə  axtarışda  olan şəxslərin aşkarlanması istiqa­mətində uğurlu tədbirlər davam etdirilir.

2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində  axtarış elan  olunmuş 11.11.1983-cü il təvəllüdlü, RF vətəndaşı  Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xid­mətinin əməkdaşları tərəfindən saxlanılaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilmişdir.

 

 

         Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi