+
-
28.12.2017
28.12.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində nar­kotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşşəkil cina­yət­kar dəstə zərərsizləşdirilmişdir.

25 dekabr 2017-ci il tarixdə saat 23:00 radələrində Cəlilabad rayon Edişə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış təd­bir­ləri nə­ti­cəsində ta­mah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublika­sından Azərbay­can Respub­likasına qanun­suz yolla keçirilmə­sinin qarşısı alınmış­dır.

Əməliyyat zamanı 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinilə saxlanılmışdır.

Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürrəkəb olmasından isti­fadə edərək hadisə yerindən qaçmağa müvəffəq olmuşlar.

Həmin şəxslərin yaxalan­ması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw