27.12.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilmişdir.

15.12.2017-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən  2 nəfər Hindistan vətəndaşı -  1993-cü il təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü  Shukla Yash Jitendrakumar saxlanılmışlar. Fakt üzrə keçirilmiş  əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş tak­si  sürücüsü və  bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçiril­mə­si­nə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyən­ləşdirilərək ya­xa­lanmışdır.

Bununla yanaşı 17.12.2017-ci il tarixdə Ağstafa rayonu «Böyük-Kəsik» sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindis­tan vətəndaşı 1995-ci il təvəllüdlü Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılmış, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər Hindistan vətəndaşına məxsus  pasportlar aşkar olunmuşdur. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyən­ləşdirilmişdir. 

Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin

  • 80
  • 80
  • 80