+
-
06.12.2017
06.12.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2017-ci ilin 06 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-pol­kovnik Yavuz Türk­gencin başçılıq etdiyi nümayəndə heyətini qəbul et­mişdir.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əla­qə­lə­rin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın per­spektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Söhbət zamanı Azərbaycan Respublikasının dövlət sərhəd­lərin­dəki möv­cud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əra­zilərdən qeyri-qanuni məqsədlərlə isti­fadə hallarının davam etdi­rilməsi qeyd olunmuşdur. Transsərhəd cinayətkarlığı ilə müba­rizədə həyata ke­çirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sər­həd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın tək­mil­ləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlu­mat verilmişdir.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin də­rinləş­diril­mə­si, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsə­dilə qarşılıqlı təcrübə müba­di­ləsinin aparılması və birgə tədbirlərin keçiril­məsi istiqamətində əməkdaş­lığın genişləndirilməsinin zəruriliyi vurğu­lan­mışdır.

Görüşdə Тürkiyə Respublikasının Azərbaycan Respublikasın­dakı  Föv­qə­ladə və Səlahiyyətli səfiri Erkan Özoral da iştirak etmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw