+
-
24.11.2017
24.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2017-ci ilin noyabr ayının 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Pa­­kistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qə­rargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Res­publikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı məmnunluq hissi ilə qeyd olunmuş, sərhəd təhlükəsizliyi və hərbi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı faydalı münasi­bətlərin perspektivləri müzakirə edilmiş, bu əməkdaşlığın uğurla in­­ki­şaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdiril­mə­si­nin vacibliyi vurğulanmışdır.

Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cüm­lə­dən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 %-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əra­zilərin qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, transsərhəd ci­na­yətkarlığa qarşı mübarizə sahəsində hə­yata keçirilən tədbirlər, sərhəd mühafizə sisteminin güclən­dirilməsi, maddi-texniki baza­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiy­yətlər barədə qonaqlara məlumat verilmişdir.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sər­həd təhlükəsizliyinə qarşı çağırışlar ətrafında fikir mübadiləsi apa­rılmışdır.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

      

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw